Azərbaycan futbolunda ilk - Kişi komandasında qadın məşqçi

5 May 2025 23:52

Futbol üzrə I Liqaya vəsiqə qazanan "Şimal"ı yeni mövsümdən etibarən Zaur Ramazanov çalışdıracaq.

Milli.Az Sport1.az-a istinadən xəbər verir ki, mütəxəssisin köməkçilərindən biri bəlli olub. 

Xaçmaz təmsilçisinin məşqçilər korpusunda Zülfiyyə Bayramova da yer alacaq. O, komandanın qapıçılar üzrə məşqçisi olacaq.

Xatırladaq ki, Zülfiyyə Bayramova AFFA-ın qapıçı məşqçi kurslarını bitirib. Xanım "əlcək sahib"i həm də "Baku Xuniyors"da futbolçu karyerasını da davam etdirir.

Milli.Az