Ərdoğan Trampı Türkiyəyə dəvət etdi

5 May 2025 19:21

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Trampla telefon danışığı aparıb.

Milli.Az xəbər verir ki, söhbət zamanı Ərdoğan Türkiyənin ABŞ ilə bir çox sahədə, xüsusilə də müdafiə sənayesində əməkdaşlığı inkişaf etdirmək üçün addımlar atmağa davam edəcəyini bildirib.

Türkiyə lideri Trampın müharibələrə son qoymağa yanaşmasını dəstəklədiyini, İranla danışıqlar prosesini və Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün göstərilən səyləri yüksək qiymətləndirdiyini vurğulayıb.

Ərdoğan həmçinin, Qəzzada humanitar böhranın ciddi olduğunu, humanitar yardımların fasiləsiz olaraq Qəzzaya çatdırılmasının  vacibliyini, Türkiyənin atəşkəs və davamlı sülhün təmin edilməsi üçün əməkdaşlığa və hər cür dəstəyi verməyə hazır olduğunu qeyd edib.

Danışıq zamanı Ərdoğan ABŞ liderini Türkiyəyə dəvət edib.

Milli.Az