"Onların səslərindən quyruqlu lülə-kabab iyi gəlir"

5 May 2025 17:37

Müğənni Elnar Xəlilov qalmaqallı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, o, trenddə olan bəzi müğənniləri ağ yuyub, qara sərib.

"Həmin müğənnilərin səslərindən lülə-kabab iyi gəlir. Özü də quyruqlu lülə iyi... O zaman çörəkli mahnı olur. Bu olsa, mütləq trenddəsən".

Xəlilov o sıraya aid etdiyi ifaçıların adını da çəkməkdən çəkinməyib:

"Pünhan Piriyevdə lülə iyi var. Kəmalə Günəşli həmçinin. Pərviz Bülbülə də meyxanadan gəlib. Meydanlar restoranda olur, demək ki, ona da şamil edə bilərik. Vəfa Şərifova-Nəfəs duet isə quyruqlu lülədir". 

Musa
Milli.Az