Bu sosial platforma tarixə qovuşdu

5 May 2025 23:47

Bu gündən "Skype" xidmətini rəsmi şəkildə dayandırdı.

Milli.Az xəbər verir ki, "Microsoft" korporasiyası tərəfindən yayımlanan rəsmi açıqlamada "Skype" platformasının fəaliyyətinə son verildiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, istifadəçilərin mövcud əlaqə siyahısı və yazışmaları avtomatik olaraq "Microsoft Teams" tətbiqinə ötürüləcək.

Həmçinin qeyd edilib ki, "Skype" üzərindəki bütün məlumatlar 2026-cı ilin yanvar ayında sistem tərəfindən silinəcək. 

Qeyd edək ki, "Skype" platforması ilk dəfə 2003-cü ildə istifadəyə verilib və 2011-ci ildə "Microsoft" tərəfindən satın alınıb.

 

Asya
Milli.Az