Əskişəhərdə 40 il doğum şöbəsində işləyən və 3 min doğuşda iştirak edən 62 yaşlı Nilufər Doğusel maraqlı hadisə yaşayıb.
Milli.Az xəbər verir ki, keçən il Nilufər Doğuselin qızı 29 yaşlı Dilarə sevgilisi 31 yaşlı Gökhan Güngörlə evlənmək istədiyini ailəsinə bildirib. Daha sonra baş tutan elçilik mərasimində bəyin anası 67 yaşlı Səviyyə Kızılırmak qayınana Nilufər Doğuseli hardansa tanıdığını anlayıb. Daha sonra Səviyyə Kızılırmak Nilufər Doğuselin oğlu Gökhan Güngörün doğumunda mama kimi iştirak etdiyini xatırlayıb.
Maraqlı təsadüfdən sonra məlum olub ki, 31 yaşlı Gökhan Güngör indiki qayınanası Nilufər Doğuselin əlində dünyaya gəlib.
Nilufər Doğusel mövzu ilə bağlı bunları deyib: "40-cı ilimdir bu peşədə çalışıram. İş həyatımda çox hadisələr yaşadım, gözəl xatirələrimiz var. Amma bu qədər maraqlısı olmamışdı..."
Fidan
Milli.Az