Qatarın altında qalan FHN əməkdaşının xeyli borcu var imiş - YENİLƏNİB - FOTO

5 May 2025 11:10

11:10

Xəbər verdiyimiz kimi, mayın 4-nə keçən gecə saat 04 radələrində işdən kənar vaxtda Xaçmaz şəhər sakini 31 yaşlı Kənan Abdullayev qatarın altında qalaraq ölüb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, ilkin araşdırmalarla K.Abdullayevin intihar etdiyi müəyyən edilib. Bildirilib ki, son vaxtlarda onun internet oyunlarında iştirak səbəbindən xeyli borcu yaranıbmış.

"Unikal" isə Kənan Abdullayevin FHN-in Şimal bölgəsinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı olduğunu yazıb. O, ailəli və 1 uşaq atası imiş.

Faktla bağlı araşdırmalar davam etdirilir.

10:23

Xəbər verdiyimiz kimi, ötən gün Xaçmaz rayon sakini Kənan Abdullayev dəmiryol xəttində qatarın altında qalması nəticəsində ölüb.

Milli.Az unikal.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində həyatını itirən K.Abdullayev FHN-in Şimal bölgəsinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı olub.

K.Abdullayev ailəli idi, bir azyaşlı övladı var.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az