19:05
"Hava dumanlı olduğundan yolu azdım, evə gedə bilmədim".
Bunu APA-nın yerli bürosuna Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər rayon sakini, şəhid atası Kamil Abdullayev deyib.
"Dünən səhər çaşır yığmağa getmişdim. Axşamüstü qızımla danışanda dedim ki, gəlirəm. Sonra bir qədər də çaşır yığdım. Bu zaman duman gəldi, güclü yağış yağdı. Hansı tərəfə gedəcəyimi bilmədim. Bu gün səhər tezdən duman çəkiləndən sonra yola davam elədim. Göygöl rayonunun Danayeri kəndinə gedib çıxdım. Orda polislər məni tapdılar", deyə Kamil Abdullyev bildirib.
O, hazırda özünü yaxşı hiss etdiyini deyib.
--------
16:25
Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.
Bu bardə Milli.Az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. Onun sözlərinə görə, meşədə itkin düşən Kəlbəcər rayon sakini 1952-ci il təvəllüdlü Kamil Abdullayev polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
Qeyd olunub ki, onun həyatı üçün təhlükə yoxdur.
09:36
Şəhid atası meşədə itkin düşüb.
Milli.Az xəbər verir ki, hadisə Daşkəsən rayon Bayan kəndində məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkün, 1952-ci il təvəllüdlü şəhid atası Kamil Mahmud oğlu Abdullayev dünən saat 17:00 radələrində kənd ərazisindəki meşəyə bitki yığmağa gedib, evə qayıtmayıb.
Hazırda onun axtarışları davam etdirilir. / Teleqraf
Milli.Az