15 yaşında “Qarabağ”da ilk oyununa çıxdı - VİDEO

4 May 2025 23:36

15 yaşlı gənc oyunçu Amin Rzayev Azərbaycan Premyer Liqasının bu gün keçirilən "Qarabağ" - "Sumqayıt" matçında (2:0) debüt edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, 84-cü dəqiqədə təcrübəli Elvin Cəfərquliyevin əvəzinə oyuna daxil olub.

A.Rzayev sağ cinah müdafiəçisidir. Onun 16 yaşı hələ bu ilin oktyabrın 12-də tamam olacaq.

O, bu vaxta qədər Ağdam klubunun əsas komandasında yoxlama matçlarında iştirak edib.

A.Rzayev "Qarabağ" akademiyasının yetirməsidir.

Milli.Az