Sumqayıtda “ВАЗ” yandı

4 May 2025 17:08

Sumqayıt şəhərində "ВАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az