Vətəndaşlara qarşı yeni dələduzluq - DİN-dən XƏBƏRDARLIQ

4 May 2025 17:29

Son zamanlar kiberdələduzlar tərəfindən vətəndaşlara yerli mobil şəbəkə operatorlarının adından dələduzluq həyata keçirilir.

DİN-in mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, qurumun adına səhifə yaradılaraq istifadəçilər saxta kampaniyalara cəlb olunur.

Həmçinin səhifədə yerləşdirilən saxta keçid vasitəsilə müxtəlif internet paketi tarif dəyərindən aşağı qiymətə təklif edilir.

Daxili İşlər Nazirliyi vətəndaşlara belə saxta səhifələrə qarşı diqqətli olmağı, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir.

Milli.Az