"Bədii gimnastika üzrə Avropa Kuboku"nun sonuncu qalibləri məlum oldu - yenilənib

4 May 2025 19:24

19:24

Bakıda keçirilən "Bədii gimnastika üzrə Avropa Kuboku"nda böyüklər yaş kateqoriyasında fərdi proqramda çıxış edən gimnastlar çarpaz qarşılaşmalarda yarışıblar.

Trend xəbər verir ki, finala italiyalı Sofia Raffaeli və özbəkistanlı Lola Djuraeva çıxıb. Finalda İtaliya gimnastı qızıl, Özbəkistan gimnastı isə gümüş medal qazanıb.

Bürünc medal uğrunda ukraynalı gimnastlar Taisiia Onofriichuk və Polina Karika mübarizə aparıb. Bürünc medalın sahibi Taisiia Onofriichuk olub.

--------
14:49
 
Azərbaycanlı gimnast Ağahüseynova Şəms Bakıda keçirilən" Bədii gimnastika üzrə Avropa Kuboku"nda bürünc medal qazanıb.

Trend xəbər verir ki, gənclər yaş kateqoriyasında gimnastlardan fərdi proqram təsnifatı çərçivəsində lentlə çıxış edən Liubov Gorashchenko (Ukrayna) qızıl, Kseniya Zhyzhych (Polşa) gümüş, Ağahüseynova Şəms (Azərbaycan) isə bürünc medal qazanıb.

Gənclər arasında fərdi proqramda halqa ilə çıxış edən Rebekka Miller (İsrail) qızıl, Magdalena Valkova (Bolqarıstan) gümüş, Elena Vukmir (Macarıstan) isə bürünc medal qazanıb.

Gənclər arasında fərdi proqramda topla çıxış edən Alice Rozenberg (İsrail) qızıl, Kseniya Zhyzhych (Polşa) gümüş, Sofia Jakovleva (Estoniya) bürünc medal qazanıb.

Gənclər arasında fərdi proqramda gürzlərlə çıxış edən Antoaneta Tsankova (Bolqarıstan) qızıl, Viktoriia Dorofieieva
(Ukrayna) gümüş, Franciska Hesz (Macarıstan) bürünc medal qazanıb.

Qeyd edək ki, Avropa kubokunda ümumilikdə 25 ölkədən 170-dən çox gimnast mübarizə aparır. Turnir bu gün başa çatacaq.

Milli.Az