Bakıda “Bədii gimnastika üzrə Avropa kuboku”nun dördüncü günü keçirilir

4 May 2025 11:21

Bakıda keçirilən "Bədii gimnastika üzrə Avropa kuboku"nun dördüncü günü start götürüb.

Trend xəbər verir ki, yarışın dördüncü günündə gənclər yaş kateqoriyasında gimnastlar fərdi proqramda halqa, top, gürzlər və lentlə çıxış edəcəklər. Onların mükafatlandırma mərasimi keçiriləcək.

Daha sonra gənclər yaş kateqoriyasında gimnastlar qrup hərəkətləri komandasında 5 halqa və 5 cüt gürzlə çıxış edəcək, qaliblər müəyyənləşəcək.

Ardınca böyüklər yaş kateqoriyasında gimnastlar fərdi proqram təsnifatı çərçivəsində çarpaz qarşılaşmalarda iştirak edəcəklər. 1/8-final, ¼-final, yarımfinal və final mərhələlərindən sonra qaliblər mükafatlandırılacaq.

Qeyd edək ki, Avropa kubokunda ümumilikdə 25 ölkədən 170-dən çox gimnast mübarizə aparır. Turnir bu gün başa çatacaq.

Milli.Az