Dubay polisi dünyanın ən bahalı və güclü patrul avtomobilləri ilə gündəmdə qalmağa davam edir. Bu dəfə onların avtoparkına xüsusi modifikasiya olunmuş "Rolls-Royce Cullinan" əlavə olunub.
Milli.Az xəbər verir ki, yeni nəqliyyat vasitəsi Dubay Dünya Ticarət Mərkəzində keçirilən Ərəbistan Səyahət Bazarı 2025 sərgisi çərçivəsində ictimaiyyətə təqdim olunub.
Avtomobil məşhur "Mansory" tüninq şirkəti tərəfindən xüsusi olaraq Dubay polisi üçün hazırlanıb.
Bu lüks SUV-un kapotunun altında 610 at gücü hasil edən qoşa turbinli V12 mühərrik yerləşir. "Cullinan" 0-dan 100 km/saat sürətə cəmi 5 saniyəyə çatır və maksimal 280 km/saat sürət toplaya bilir.
Dubay polisi artıq illərdir ki, "Bugatti", "Lamborghini", "Aston Martin" kimi prestijli avtomobillərlə xidmət göstərir. "Rolls-Royce Cullinan" isə bu siyahıya əlavə edilən növbəti ultra-lüks patrul avtomobili oldu.
Kənan
Milli.Az