Kartdan oğurlanan pulları geri qayrtarmaq mümkün imiş – İlk 1 saat... - VİDEO

3 May 2025 22:53

Hər gün onlarla şəxsin bank kartlarından vəsaitləri oğurlanır. Hələlik bu məsələnin birdəfəlik həlli mümkün olmayıb. Başqa sözlə, indi də aldanaraq kart məlumatlarını başqalarına ötürən və ya bilmədiyi platformalarda o məlumatları paylaşanlar az deyil. Nəticədə kiberdələduzlar kartda olan vəsaiti son qəpiyinə qədər başqa hesablara ötürürlər.

Bəs hansı hallarda kartlardan və ya eleketron pul kisələrindən oğurlanan vəsaitin geri qaytarılması mümkün ola bilər?

Daxili İşlər Nazirliyi açıqladı ki, əgər kartdan çıxarılan vəsaitlə bağlı 1 saatdan gec olmayaraq, aidiyəti üzrə məlumat verilmirsə, həmin pul artıq ölkədən çıxır.

Kartdan vəsait oğurlanan zaman ilk bir saat ərzində aidiyəti üzrə məlumat verməyin vacibliyindən danışan kibertəhlükəsizlik üzrə ekspert Əmrah Mövsümzadə deyir ki, ilk 1 saat kritik zaman pəncərəsi hesab edilir. Banklar və ödəniş sistemləri ilk bir saatda əməliyyatı izləyib, dayandırmaq və ya bloklamaq imkanı əldə edə bilərlər. Əks halda, vəsait ölkədən kənara, kriptovalyutaya və ya anonim hesablara yönləndirilir.

Daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az