Netanyahu Azərbaycana səfərini təxirə salıb

3 May 2025 21:34

İsrailin baş naziri Binyamin Netanyahu Azırbaycana səfərini təxirə salmaq qərarı qəbul edib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə diplomatik mənbə məlumat verib.

"Son daxili siyasi hadisələri, həmçinin Suriya və Qəzza zolağı ətrafında vəziyyətlə bağlı prosesləri nəzərə alaraq, baş nazir Netanyahu Azərbaycana səfərini başqa tarixə təxirə salmaq qərarına gəlib", - deyə mənbə bildirib.

Milli.Az