6 bal gücündə zəlzələ oldu

3 May 2025 19:12

İndoneziya sahillərində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.

Məlumata əsasən, zəlzələnin episentri əsas Qorontalo şəhərindən 155 km cənub-qərbdə yerləşib. Təkanların ocağı 109 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Milli.Az