Aktyor Müşviq Şahverdiyev atasından danışıb.
Milli.Az xəbər verir ki, sənətçi atasını 5 yaşında itirdiyini bildirib:
"Birinci sinfə gedəndə artıq atam yox idi. 4, 5 il oxuyandan sonra anladım ki, işləmək lazımdır. Evdə bacılarım, anam... Ata necədir hissini bilmirəm: atam gəldi, getdi, deyəcəm bunu alsın. Belə bir hisslər məndə olmayıb. Çünki heç 6 yaşım yox idi onu itirəndə. Anam mənim üçün başqadır. Elə bilirəm ki, uşağın elə bir valideyni olur. Anam həm ana, həm də ata funksiyasını daşıyıb.
Həyatımda elə bir şey yoxdur ki, anamla məsləhətləşməyim. Maşın dəyişəndə də anama deyirəm: böyükdür, balacadır, neçənci ilindir, motoru neçədir. Artıq öyrənib, fikir bildirir. Evə girəndə də onunla ana, dost, qardaş kimi qucaqlaşıram. Biz ana-bala deyilik, dostuq. Ana, səni sevirəm (kövrəlir)". (Axşam.az)
Milli.Az