Mert Hakan Yandaş döymə etdirdi - xəstəxanalıq oldu

3 May 2025 19:02

"Fənərbağça" klubunun futbolçusu Mert Hakan Yandaşın ayağına vurduğu döymə səbəbindən uzun müddətdir xəstəxanada müalicə aldığı bəlli olub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcrübəli futbolçunun müalicəsi davam edir və mövsümün qalan hissəsində meydana çıxmayacağı bildirilib.

Mert Hakan Yandaş bir neçə gün öncə xəstəliyi ilə bağlı sosial media hesabında aşağıdakı açıqlamanı verib:

"Bir müddətdir xəstəxanada müalicə alıram və bu müddətdə yaşadıqlarımı ən yaxşı yaxın ətrafım bilir. Ancaq onu qeyd etmək istəyirəm ki, bu müalicənin səbəbi hər hansı bir zədə deyil. Təxminən 20 gündür davam edən, nəzarətim xaricində baş verən infeksiya xəstəliyidir. Bu müddətdə nə qədər çətinlik çəkdiyimi ən yaxşı mən bilirəm. Bütün yaşananlar fonunda ən azından xəstəxanadan evə buraxılana qədər ictimaiyyətdən anlayış gözləyirəm."

Lalə Qüdrətova
Milli.Az