Yaşayan əfsanə baş məşqçiliyə başlayır

3 May 2025 20:05

Niderland yığmasının və "Bavariya"nın sabiq futbolçusu Aryen Robben baş məşqçiliyə başlayır.

Milli.Az xəbər verir ki, o, "Qroningen"in U-14 komandasını çalışdıracaq.

Robben futbolçu kimi 1996-2002 və 2019-20-ci illərdə "Qroningen"də çıxış edib. O, karyerasına burada başlayıb və bitirib.

Milli.Az