Yenə boşana bilmədilər...

3 May 2025 20:31

Uzun müddətdir evli olan və sosial mediada paylaşdıqları xoşbəxt ailə fotoları ilə tanınan Pelin Akil və Anıl Altan cütlüyü, son günlərdə boşanma iddiaları ilə maqazin gündəmini zəbt edib. Sosial şəbəkə hesablarında bəzi dəyişikliklər və bir müddətdir birlikdə görünməmələri bu söz-söhbətləri daha da gücləndirib.

2016-cı ildə evlənən və 2019-cu ildə əkiz qızları Alin və Linanı dünyaya gətirən cütlüyün, evliliklərində böhran yaşadığı və boşanma qərarı aldıqları iddia edilir. Məlumata görə, cütlük təxminən bir ay əvvəl ayrı evlərdə yaşamağa başlayıb. Sosial media hesablarında birgə paylaşımlar silinməsə də, onların bir müddətdir ayrı yaşadığı bildirilir. Boşanma qərarının yay fəslinin sonuna ertələndiyi, bunun da davam edən bir reklam müqaviləsi səbəbilə olduğu qeyd olunur.

Cütlüyə yaxın mənbələrin verdiyi məlumata görə, boşanmanın səbəbi xəyanət və ya üçüncü şəxs deyil, aralarında artan uyğunsuzluq və dözümsüzlükdür. Həm Pelin Akil, həm də Anıl Altan hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
 

Lalə Qüdrətova
Milli.Az