“Vacib uğurdur” - Rəşad Sadıqov

3 May 2025 00:57

Xəbər verdiyimiz kimi, "Zirə" Azərbaycan Premyer Liqasının 33-cü turunda "Turan Tovuz" üzərində vacib qələbə qazanmaqla (1:0) çempionatda ikinci yeri təmin edib.

Milli.Az-ın məlumatına görə, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra təşkil edilən mətbuat konfransında çox stressli matç olduğunu, meydanda böyük aqressiya, intensiv futbol, çoxlu mübarizə göründüyünü deyib: "İkinci hissəyə daha aktiv başladıq, rəqibi əks-hücumda yaxalayaraq qol vurduq. Düşünürəm ki, gözəl və baxımlı qoldur".

Sadıqov deyir ki, klubları üçün bu mövsüm ikincilik vacib idi: "Bir uğuru qazanmaq olur. Amma onu qoruyub-saxlamaq həmişə çətindir".

Milli.Az