Aqşin aparıcı Zaurları tənqid etdi: “Kişiyə yaraşan suallar deyil” - VİDEO

2 May 2025 23:13

Meyxanaçı Aqşin Fateh aparıcılar Zaur Kamal və Zaur Nəbioğlu ilə bağlı sərt açıqlamalar verib. 

Milli.Az xəbər verir ki, Aqşin deyib ki, sözügedən aparıcılar efirdə övladlarına düzgün olmayan suallar veriblər:

"Tamaşaçını şouya, gündəmə xatir aldatmaram. Bəzən emosional, aqressiv oluram, ya da aylarla yığılır birdən partlayıram. Əgər Aqşini 1000 nəfər sevirsə, onlarda şüuraltı iz qoyuram. Hansı vəzifədə olursa olsun, onlar doğrunu-əyrini bilməlidir. Evdə böyüyən oğlan uşağı bilməlidir, Azərbaycan mentalitetində kişi unutmamalıdır ki, babaları Qaçaq Nəbilər, Koroğlular, Babəklərdir...

Mütləqdir ki, bütün şou-biznes əhli danışdıqlarını öncədən fikirləşsin, sonra yox. Övladlarım Zaurların verilişində olub. Onların özlərinə də dedim ki, uşaqlarımı bir də sizin verilişinizə çıxartmayacağam.

Çünki bəzi sərhədlər var, pozulur, uşağa uşaq sualları ver. Sən evin içindən, evdəki kimləsə bağlı, ya da evdə nə söhbətin getdiyini niyə soruşursan? Bu, kişiyə yaraşan suallar deyil! 

Ona görə 6 aydır efirlərə çıxmıram. Aparıcılar hədlərini aşıblar, evin içinə, şəxsi həyata müdaxilə etməyə çalışırlar. Xətirlərini çox istəyirəm, amma özlərinə demişəm ki, kimsə şəxsimlə, özəlimlə bağlı sual verərsə, ona ağır sözlər deyərəm. Sənətimdən, mahnılarımdan danışın". (Bizim.Media)

Milli.Az