Bu gün Azərbaycan Premyer Liqasında 33-cü tura start verilib.
Milli.Az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.
"Zirə" doğma meydanda "Turan Tovuz"la qarşılaşıb. Salifu Sumanın 48-ci dəqiqədə vurduğu qol bakılılara qələbə qazandırıb - 1:0.
Bununla da Rəşad Sadıqovun komandası ardıcıl ikinci mövsümdə 67 xalla sona 3 tur qalmış Premyer Liqada ikinciliyi təmin edib.
Qeyd edək ki, "Şamaxı" - "Səbail", "Araz-Naxçıvan" - "Sabah" oyunları sabah, "Qarabağ" - "Sumqayıt" və "Neftçi" - "Kəpəz" matçları isə mayın 4-də keçiriləcək.
Milli.Az