Pensiya və dövlət büdcəsi hesabına əməkhaqqı alanlara ŞAD XƏBƏR - VİDEO

2 May 2025 21:47

Pensiya və dövlət büdcəsi hesabına əməkhaqqı alanlar vəsaiti alacağı bankları özləri seçə biləcək. Başqa sözlə, bu şəxslər istədiyi bankın plastik kartını və xidmətini seçə biləcək.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Mərkəzi Bankın şöbə rəisi Rəşad Qasımovun sözlərinə görə, ödəniş xidmətlərinə əlçatanlığın artırılması istiqamətində davamlı olaraq aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri tədbirlərin icrası həyata keçirilir. Hazırda bu məsələ ilə bağlı müzakirələr davam edir.

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, xüsusilə pensiyaçılara belə bir seçim imkanının yaradılması vacibdir. Çünkü bəzi hallarda pensiya alan şəxslərin yaşadıqları ünvanda plastik kartının məxsus olduğu bankların bankomatını tapmaq müşkül məsələyə çevirilir.

Millət vəkilinin sözlərinə görə, yaxın vaxtlarda vətəndaşlar üçün belə bir imkanın təqdim edilməsi gözlənilir.

Daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az