Aparıcı Vüsalə Əlizadə həmkarlarını tənqid edən sənət adamlarına cavab verib.
Milli.Az xəbər verir ki, Vüsalə proqramında aparıcılara səslənərək, bunları deyib:
"Aparıcıları qınayırlar. Səhvlər, qüsurlar var. Bəzən o səviyyədə olmayan dərəcədə şişirdirlər. Bəh-bəhlə onları gündəmə gətirirlər. Sənət adamları ilə eyni məkanda otuzdururlar. Baxıram ki, sənətkar danışmır. Niyə demirsən ki, mənimlə oturası adam deyil, düz oxumadı. Gedib kənarda deyir ki, yaxşı oxumadı. Niyə orada demirsən? Axı azad fikir var. Hərənin öz kanalı var, istəsən də, istəməsən də onu görəcəksən. Biz ən yaxşını da, gündəmdə olanı da göstərmək istəyirik. Amma bərbad birini gətirib şişirtmək olmaz". (Axşam.az)
Milli.Az