Argentina sahillərində güclü zəlzələ oldu - yenilənib

3 May 2025 00:07

00:07

Argentina sahillərində 6,4 maqnitudalı zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Avropa - Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri təxminən 58 min nəfərin yaşadığı Uşuayya şəhərindən 291 km cənub-şərqdə və 117 min nəfərə yaxın əhalisi olan Çilinin Punta Arenas şəhərindən 523 km cənub-şərqdə yerləşib. Zəlzələ episentri 10 kilometr dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

-------------
18:10

Argentinanın cənubunda 7,4 bal gücündə zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, eyni bölgədə 7,4 bal gücündəki bu zəlzələdən sonra daha bir yeraltı təkan - 7,1 bal gücündə qeydə alınıb. Dağıntılar və zərərçəkənlər barədə hələ ki məlumat yoxdur.

Zəlzələ qonşu Çilidə də hiss olunub. Çilinin Milli Fəlakətlərin Qarşısının Alınması İdarəsi ölkənin cənubundakı Maqalyanes bölgəsinin sunami riski səbəbindən təxliyə ediləcəyini açıqlayıb.

Zəlzələdən sonra beynəlxalq sunami mərkəzləri tərəfindən 1 ilə 3 metr arasında sunami dalğası ola biləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Milli.Az