Bir müddət öncə sosial şəbəkələrdə şəhərin küçələrinə düşüb "Yevlaxlı ər" axtarıb, "yeraz"lara mahnı oxuyan qız yenidən videosu ilə maraq yaradıb.
Milli.Az bildirir ki, müğənni Ellada Eyvazova rəfiqəsinin toy məclisində iştirak edib. Onu təbrik edib sağ əlini başına qoyduran ifaçı daha sonra məzəli video çəkdirib.
Sənətçi rəfiqəsinə "cadu" edib. Onun maketini iynələrlə dəlik-deşik edən müğənni izləyənlərdə gülüş doğurub.
Sosial şəbəkə istifadəçilərinin bəziləri isə yaxın adamının xoş günündə bu hərəkəti yersiz adlandıraraq, sənətçini qınayıblar.
Həmin paylaşımı təqdim edirik:
Musa
Milli.Az