Fitnes məşqçisi Kamil Zeynallı "Bir gün" verilişinin qonağı olub.
Milli.Az xəbər verir ki, qız atası olan idmançı onun barəsində maraqlı açıqlama verib.
"Kənardan baxanlar deyir ki, Kamil ideal atadır, çox sağ olsunlar. Çalışıram ki, görənlərə nümunə olam. Qızımın uşaq vaxtından müxtəlif xoş anlarını bağça, məktəb, gəzməklərimizi çəkib paylaşmışam. Övladlarına soyuq olan valideynlərə bir növ nümunə kimi göstərməyə çalışmışam. Artıq böyüyüb, üzünü paylaşmıram. Özü deyir ki, paylaşırsansa, tam ver. Cavab verirəm ki, səni bölüşə bilmirəm, çox qısqanıram. Uşaq böyüyəndə üz cizgiləri də dəyişir, boyda mənə çatır. Balaca olanda hara gedirdiksə, tanıyırdılar. İndi efirlərlərdə, sosial şəbəkələrdə bacardığım qədər görünməməsinə çalışıram".
Hüseyn
Milli.Az