"Səhərlər oyanmağa çətinlik çəkirəm" - Putin

2 May 2025 17:10

Rusiya prezidenti Vladimir Putin səhərləri adətən zəngli saatdan istifadə etmədən oyandığını bildirib. 

Milli.Az xəbər verir ki, bu barədə o, VGTRK jurnalisti Pavel Zarubinlə söhbəti zamanı danışıb.

Putin əlavə edib ki, yalnız xüsusi vacib hallar zamanı adyutantlarından onu oyatmağı xahiş edir:

"Çox vacib bir şey olduqda, adyutantlarımdan kömək istəyirəm ".

Vladimir Putin əlavə edib ki, intensiv iş qrafikinə baxmayaraq, adətən altı saatdan artıq yatmasa da, istirahətini kifayət qədər edir. Lakin o da etiraf edib ki, bir çox insanlar kimi, bəzən səhərlər yuxudan oyanmaqda çətinlik çəkir.

Dövlət başçısı həmçinin Kremldəki mənzilinin yerini də ictimaiyyətə göstərib.

Fidan
Milli.Az