"Bir gecədə "S-Class"ımı satdım, dedilər ki, səni efirdə biabır edəcəyik"

2 May 2025 16:42

Müğənni Aytac Vidadiqızı həyat yoldaşından ayrılma səbəblərini açıqlayıb.

Milli.Az xəbər verir ki, əri ilə biznes quran sənətçi həmin ərəfədə aralarında yaranan fikir ayrılığından danışıb.

"Bizim birgə qurduğumuz biznesimiz vardı. Evləri təmir edib, satışı ilə məşğul olurduq. Mən ona dəstək oldum. Elə oldu ki, o iş uğursuz alındı. Davamlı olaraq maddi sıxıntılar yaşadıq. Bir çoxları tərəfindən təzyiqə məruz qalırdıq. "S Class"ım vardı, bir gecədə satmalı oldum, bəzi borcları o pulla ödədik. Məni şantaj edirdilər ki, biz sizi tanıyırıq, yoldaşınızı yox. Efirlərə çıxıb səni biabır edəcəyik. İş alınmadığı üçün həyat yoldaşıma dedim ki,davam etdirməyək. ancaq mənə qulaq asmadı. Əslində insanları aldatmaq istəmirdi, işi bacarmadı".

Hüseyn
Milli.Az