Niyə taksilərdə POS-terminal quraşdırılmır? - AÇIQLAMA

3 May 2025 20:45

Son illərdə Azərbaycanda taksilərlə bağlı müəyyən dəyişikliklər oldu. Həmin dəyişikliklərə əsasən, bəzi qaydalar qüvvəyə mindi. Taksilərə POS-terminalların quraşdırılması da tələb kimi ortaya qoyuldu.

Milli.Az xəbər verir ki, bununla bağlı qərar ötən ilin iyul ayında qüvvəyə mindi. Buna baxmayaraq bəzi taksilərdə nağdsiz ödənişləri qəbul etməyə maraqlı deyil. 

Bəs niyə taksilərdə POS-terminal quraşdırılmır? 

Məsələ ilə bağlı AYNA-dan sorğumuza cavab olaraq bildirildi ki, taksi minik avtomobillərinə bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı bir ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar quraşdırılmalıdır:

"Eyni zamanda, hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişindaşımalarında istifadə etdikləri taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminal da olmalıdır. Bu barədə Nazirlər Kabinetinin 183 nömrəli qərarına əsasən, taksi minik avtomobili ilə sərnişindaşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəricilərinə dair tələblərdə qeyd edilib. Bununla bağlı AYNA tərəfindən müvafiq işlər görülür. Eyni zamanda, mərhələli şəkildə nəqliyyat vasitələrinin daxili tərtibatına dair tələblər icra olunmaqdadır".

Aysel Əkbər
Milli.Az