Televiziyalarda ailə həyatına müdaxilə edilir - Ali Məhkəmə qərar qəbul edəcək

2 May 2025 15:22

Son zamanlar insanların şəxsi həyatına, ailə həyatına müdaxilə halları artıb.

Trend xəbər verir ki, bunu Ali Məhkəmə Kollegiyasının sədri Sənan Hacıyev Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutan "İctimai proseslər media müstəvisində" mövzusunda 2-ci Forumun açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, bu kimi hallar daha çox televiziya proqramlarında özünü göstərir:

"Yaxın zamanlarda Ali Məhkəmə tərəfindən bununla bağlı mühüm qərarlar qəbul ediləcək".

Milli.Az