Məşhur Hollivud ulduzu Morqan Friman illərdir qızıl sırğa taxmasının və onalrı çıxarmamasının səbəbini açıqlayıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, aktyor sırğa sevgisini onun tarixi və funksional dəyərə malik olması ilə əlaqələndirib.
35 yaşından sırğa taxan 87 yaşlı aktyor bunları deyib:
"Əgər bilmədiyim bir yerdə ölsəm, bu sırğalar mənə bir tabut ala biləcək qədər kömək edəcək. Əvvəllər dənizçilər də bu səbəbdən sırğa taxırdılar və mən də bu ənənəni davam etdirirəm".
Musa
Milli.Az