"Fənərbağça"nın ulduzu infeksiyaya yoluxdu, mövsüm onun üçün başa çatdı

1 May 2025 23:01

"Fənərbağça" klubunda Mert Hakan Yandaş üçün mövsüm başa çatıb. 

Milli.Az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi zədəli deyil, ağır infeksiyaya yoluxub. O, sosial şəbəkə hesabında paylaşımında xəstəliyin ağırlığını izah edib: 

"Bir müddətdir ki, xəstəxanada müalicə alıram. Bu günlərdə nələr çəkdiyimi bir mən, bir də yaxınlarım bilir. 20 günə yaxındır ki, məndən asılı olmayan səbəblərdən infeksiyaya yoluxmuşam". (Offsideplus.az)

Milli.Az