Lerikə qar yağdı - FOTO

1 May 2025 22:19

Lerik rayonuna qar yağıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, cənub bölgəsində temperaturun aşağı düşməsi nəticəsində Lerikdə qarlı hava şəraiti müşahidə olunub.

Dünən axşamdan rayonun Orand və Pirasora kəndlərinə də qar yağıb.

Hazırda rayonda qeyri-sabit hava şəraiti davam edir.

Milli.Az