Məşhur türkiyəli aktyor Serkan Keskinin anası vəfat edib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ata olmağa hazırlaşan tanınmış aktyor Serkan Keskin, anası Zeliha Keskinin vəfatı ilə sarsılıb. Serkan Keskin bu gün həyat yoldaşı Meriç Aral ilə birlikdə Kocaelidə anasının dəfn mərasimində iştirak edib.
Dəfn mərasimində Cengiz Bozkurt, Onur Ünlü, Birkan Sokullu, Boran Kuzum, Sarp Aydınoğlu, Alina Boz kimi məşhurlar iştirak ediblər.
Lalə Qüdrətova
Milli.Az