Bakıda “Bədii gimnastika üzrə Avropa kuboku”nun açılış mərasimi keçirilib - FOTO

1 May 2025 20:17

Bakıda "Bədii gimnastika üzrə Avropa kuboku"nun açılış mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 1-4 may tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək yarışın açılışı zamanı iştirakçı ölkələrin bayraqları arenaya gətirilib.

Daha sonra gənclər və idman naziri, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov açılışı nitqi ilə çıxış edib.

Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Yarışın açılışı şou-proqramla davam edib. Yarışın ilk günündə fərdi yarışlar keçirilib. Böyüklər yaş kateqoriyasında gimnastlar halqa və topla çıxışlar ediblər. Fərdi yarışda Azərbaycanı Gövhər İbrahimova və Kamilla Seyidzadə təmsil edib.

Qeyd edək ki, Avropa kubokunda ümumilikdə 25 ölkədən 170-dən çox gimnast mübarizə aparacaq.

Milli.Az