“Barselona”da ciddi itki

1 May 2025 20:41

"Barselona"nın futbolçusu Jül Kunde sıradan çıxıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi Çempionlar Liqasının yarımfinalının ilk oyunlarında "İnter"lə matçda zədələnib. O, görüşün 42 dəqiqəsində meydanı tərk edib.

Bu gün səhər tibbi müayinədən keçən fransalı oyunçuya sol ayaq budunun arxa əzələləri zədəsi diaqnozu qoyulub. Kundenin 3 həftəyə yaxın yaşıl meydanlardan uzaq qalacağı güman edilir.

Qeyd edək ki, Jül Kunde bu mövsüm "Barselona"nın heyətində 53 oyuna çıxaraq 4 qol vurub və 8 məhsuldar ötürmə edib.

Milli.Az