Antalyada zəlzələ oldu

1 May 2025 19:55

Türkiyənin Antalya vilayətinin Serik ilçəsində 3,9 bal gücündə zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Yerin 7 km dərinliyində meydana gələn təkanlar ətraf yaşayış məntəqələrində də hiss edilib.

İlkin məlumata görə, dağıntı və tələfat yoxdur.

Milli.Az