Avtomobil ən az yanacağı bu sürətdə işlədir

3 May 2025 18:15

Avtomobil ən az yanacağı adətən 60-90 km/saat sürət aralığında işlədir.

Milli.Az xəbər verir ki, bu aralıqda mühərrik nə çox yüklənir, nə də yüksək dövrlərdə işləyir, həmçinin hava müqaviməti də hələ ciddi dərəcədə artmamış olur.

Məsələn, 60-70 km/saatda şəhərdənkənar düz yolda, sabit sürətlə gedəndə avtomobil yanacağa ən qənaətcil rejimdə olur. 90 km/saatdan sonra isə, xüsusilə 100 km/saatı keçəndə aerodinamik müqavimət kəskin artır və yanacaq sərfi də artır.

Avtomobilin tipi, mühərrik həcmi və ötürmə qutusu da bu diapazonu bir qədər dəyişə bilər. Amma orta hesabla 85-90 km/saat ən optimal sayılır. /lent.az

Milli.Az