Bu tələbələr universitetdən KƏNARLAŞDIRILACAQ - AÇIQLAMA

1 May 2025 18:00

Universitetlərdə qaydalar təhsil haqqında qanuna əsasən tənzimlənir.

Bəs hansı hallarda tələbələr universitetlərdən uzaqlaşdırıla bilər? 

Mövzu ilə bağlı Milli.Az-a təhsil mütəxəssisi Səbuhi Kamal açıqlama verib: 

"Tələbələrin universitetlərdən uzaqlaşdırılma halları tez tez olmur. Bununla bağlı xüsusi sənəd var. Bu sənəddə tələbələrin universitetlərdən hansı hallarda uzaqlaşdırılması qeyd olunub. Birinci mərhələlərdən biri budur ki, tələbə öz istəyi ilə universitetdən xaric edilə bilər. İkinci nüans isə tələbə digər bir universitetə trasnfer olan zaman baş verə bilər. Ən vacibi tələbə universitet daxili nizam-intizam qaydalarını pozduğu şəkildə universitetdən xaric edilə bilər. 

Xarici tələbələrə gəldikdə isə onlarda vəziyyət bir az fərqlidir. Onların ölkədə yaşama müddəti bitdikdə bu halda universitetdən kənarlaşdırıla bilərlər". 

Mütəxəssis qeyd edir ki, təhsil haqqının uzun müddət ödənilməməsi tələbənin universitetdən kənarlaşdırılmasına gətirib çıxarda bilər. Belə bir sistem var ki, 3 ay müddətinə əgər tələbə heç bir dərsə gəlməzsə, artıq tələbəyə xəbərdarlıq olunur. Növbəti dəfə bu təkrarlananda tələbə universitetdən xaric olunur. Bu universitetin daxili qaydalarından biridir. 

Hər bir tələbə təhsil aldığı müddətdə dərslərinı diqqətlə yanaşmalı, universitetin daxili nizam-intizam qaydalarına riayət etməlidir. 

Aysel Əkbər
Milli.Az