78 nəfərə məzar olan hoteldə yanğın belə baş verib - Anbaan görüntülər

1 May 2025 14:40

Türkiyənin turizm mərkəzində baş verən yanğınla bağlı yeni görüntülər yayılıb. Yanğın zamanı restorandakı işçilərin qorxu dolu anları təhlükəsizlik kamerasına düşüb.

Milli.Az xəbər verir ki, 78 nəfərin həlak olduğu faciəvi hadisə ilə bağlı yeni görüntülər əldə edilib və yanğınla bağlı hesabat hazırlabıb.

Mütəxəssislər tərəfindən hazırlanan 189 səhifəlik hesabatda yanğının otelin 4-cü mərtəbəsindəki restoranın "show" sahəsində yerləşən, səhər yeməyi qızartmalarının hazırlandığı "grill plate" cihazından başladığı qeyd edilib. Cihazda olan yağ təmizləyici maddənin əriməsi yanğının güclənməsinə səbəb olub. Həmçinin, yanğınsöndürmə sistemlərinin olmadığını və cihazın termostatının qüsurlu olduğunu təsdiqlənib.

Yanğının güclənməsinə səbəb olan cihazın termostatı hədsiz isinmə nəticəsində işə düşməyib və yanğının nəzarətsiz şəkildə yayılmasına səbəb olub. Yanğına qarşı lazım olan tədbirlərin görülməməsi isə böyük bir səhlənkarlıq kimi qeydə alınıb.

Qeyd edək ki, Boluda yerləşən Kartalkaya xizək mərkəzində yerləşən Grand Kartal Oteldə baş verən faciəvi hadisədən 4 ay keçir. 21 yanvar gecəsi baş verən yanğında 78 nəfər həyatını itirib. Yanğının ardından başlanılan araşdırma çərçivəsində 41 şübhəli saxlanılıb. 28 şübhəli həbs edilib, 9-u isə sonradan azadlığa buraxılıb. Otel sahibi Halit Ergül və onun ailə üzvləri də daxil olmaqla 19 nəfər həbsdədir.

İslam
Milli.Az