Baharı müjdələyən mövsümi meyvələrdən olan göycə artıq bazarlarda yerini tutub. Bu dadlı və turşməzə meyvə hər il alıcıların marağına səbəb olur. Lakin bu il göycənin qiymətindəki kəskin artım həm satıcıların, həm də alıcıların diqqətindən yayınmayıb. Qiymətlərdəki bu dəyişiklik bölgələrdəki məhsuldarlıq və bazar təklifi ilə birbaşa əlaqələndirilir.
Milli.Az xəbər verir ki, Naxçıvanın ən sevilən meyvələrindən biri olan göycə bu mövsüm yenidən satışda görünməyə başlayıb.Tam yetişməmiş halda dərilməsindən alan bu meyvə hazırda bazarda olduqca yüksək qiymətə təklif olunur.
Satıcıların sözlərinə görə, bu ilki qiymətlər ötən ilə nisbətən daha yüksəkdir. Belə ki, keçən il göycə 5 manata satıldığı halda indi qiymətlər 10 ilə 15 manat arasında dəyişir.
"Alıcı sayı hələlik çox deyil. Lakin təxminən 10 gün sonra göycənin qiymətində ciddi ucuzlaşma gözlənilir və qiymət 4 manata qədər düşə bilər".
Asya
Milli.Az