Prezident Qusarda yol təmirinə1,5 milyon manat ayırdı

1 May 2025 13:32

Prezident İlham Əliyev "Qusar rayonunun Quxuroba-Hiloba-Yasaoba-Əniqoba-Aşağı İmamqulukənd-Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncama əsasən, beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Quxuroba-Hiloba-Yasaoba-Əniqoba-Aşağı İmamqulukənd-Şirvanlı avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Prezidentinin 2025-ci il 10 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Milli.Az