Milli Məclis Kamran Əliyevin yenidən təyin edilməsinə razılıq verdi

1 May 2025 11:16

Baş prokuror vəzifəsinə təyinatla bağlı Azərbaycan Respublikası Prezidentinin təqdimatı Milli Məclisə daxil olub.

Milli.Az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

Təqdimatda Kamran Bayram oğlu Əliyevin Baş prokuror vəzifəsinə təyin olunmasına razılıq verilməsi təklif olunub.

Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Məlumat üçün bildirək ki, Kamran Əliyev 2020-ci il mayın 1-də Prezident İlham Əliyevin Sərəncamı ilə Baş prokuror təyin edilib. 2021-ci il noyabrın 23-də ona I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Qeyd edək ki, Konstitusiyaya əsasən, Milli Məclis Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən, Baş prokurorun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir.

Milli.Az