Dünyanın ən yaşlı qadını öldü - FOTO

1 May 2025 11:10

Dünyanın ən yaşlı insanı, braziliyalı rahibə İna Kanabarro Lukas 116 yaşında vəfat edib.

Milli.Az xəbər verir ki,  bu barədə Fransanın BFMTV telekanalı Porto-Aleqri şəhərinin dini icması məlumat verib.

İna Kanabarro Lukas 8 iyun 1908-ci ildə ölkənin cənubundakı San-Françesko De-Assizi şəhərində anadan olub.

26 yaşında rahibə olan qadın 110 illik yubileyində aprelin 21-i dünyasını dəyişən və ötən həftəsonu Romada dəfn edilən Papa Fransiskdən xeyir-dua alıb.

Qeyd edək ki, rahibənin ölümündən sonra ən yaşlı qadın 115 yaşlı Etel Katerhem olub. 

Milli.Az