Bu məhsullar kəskin bahalaşdı

1 May 2025 14:16

Bazarda qiymətlər od tutub yanır. Bəzi tərəvəzlərin qiyməti ötən il nisbətən kəskin bahalaşıb. Məsələn, lobyanın qiyməti ətin qiyməti ilə eynidir. Belə halda kimdi lobya yeyən, hamı ətə üstünlük verər təbii olaraq. 

Bəs qiymətlərin bu qədər baha olmasına səbəb nədir? 

Məhsulların qiyməti günlərdir ki, dəyişmədən qalır. Satıcıların sözlərinə görə, pomidorun qiyməti 3 manatdan 20 manatadək, xiyarın qiyməti 1.50-dən 4 manata qədər dəyişir. Yerli şaftalının bir kilosu isə 50 manata təklif olunur. 

Satıcılar meyvə-tərəvəzlərinin qiymətinin baha olmasını müxtəlif amillərlə izah edirlər. Onların sözlərinə görə, indi qiymətlər əsasən, məhsulun sortuna görə dəyişir. 

Ekspert Xalid Kərimli isə bahalaşmanın səbəbini bu ilin ötən illə nisbətən istehsalçıların xərclərinin artması ilə əlaqələndirilir.

"Digər səbəblərdən biri kimi isə ödənişlərin qeyri-nəğd üsulla edilməsi və bununla əlaqədar vergi komissiyası xərclərinin çox olması göstərilir. Ötən ilin ikinci yarısından dizel yanacağın, benzinin qiyməti qalxıb. Bu pomidorun daşınması və xərclərin saxlanılması ilə bağlı xərcləri artırıb. Bu ilin yanvar ayından etibarən isə işığın, qazın qiyməti artıb. Bu da pomidorun yetişdirilməsi, saxlanılması ilə əlaqədar xərcləri artırır". 

Ekspert hesab edir ki, baha olması bir sıra məhsulların ixracı ilə bağlıdır. İxrac artdıqca qiymətlər yüksəlir. Həmçinin bahalaşma mövsümü olmayan tərəvəzlərdə özünü göstərir. 

Aysel Əkbər
Milli.Az