Fransa millisinin keçmiş ulduzu Pol Poqbanın adı MLS klubu ilə hallanır.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 32 yaşlı oyunçu "Di Si Yunayted"lə danışıqlara başlayıb.
Futbolçunun Amerika klubunun formasını geyinəcəyinə inamla baxılır.
Xatırladaq ki, Poqba dopinqə görə diskvalifikasiya olunmuşdu və hazırda azad agent statusu daşıyır. O, son rəsmi oyununda meydana 2023-cü ilin sentyabrında çıxıb.
Qeyd edək ki, fransalı futbolçu karyerası ərzində "Yuventus", "Mançester Yunayted" kimi klublarda forma geyinib.
Hüseyn
Milli.Az