Türkiyənin Batman vilayətində, Kozluk rayonunun Geçitaltı kəndində yaşayan 136 yaşlı Mehmet Reşit Ak adlı kişi gündəm olub.
Milli.Az xəbər verir ki, Mehmet Reşit üç dəfə ailə həyatı qurub, 28 övladı və 250-dən çox nəvəsi var.
Atatürklə birlikdə döyüşlərdə iştirak etdiyini deyən Ak yaddaşının hələ də çox güclü olduğunu və keçmişi aydın şəkildə xatırladığını qeyd edir.
Mehmet Reşit sağlamlığını hər gün qatıq yemək, çox işləmək, təmiz hava, təmiz su və orqanik qidalara borclu olduğunu deyir. Həyatında heç bir pis hadisə yaşamadığını və buna görə peşmanlıq duymadığını bildirən Ak "Heç vaxt pis bir şey etməmişəm" deyir.
Onun uzunömürlülük sirrinin arxasında isə maraqlı bir sevgi hekayəsi dayanır. Gəncliyində sevdiyi qız Rağdanın atasından onu ala bilmədiyi üçün qızın onu qarğışladığını deyən Mehmet "O dedi ki, 'Allah onun üçün ölmək istəyəndə, onu öldürməsin; yaşamaq istəyəndə yaşatmasın' - bu lənət hələ də üstümdədir", - deyə bildirib.
Fidan
Milli.Az