Bakıda taksi sürücüsündən xanım turistə "dostluq" təklifi - VİDEO

1 May 2025 10:03

Taksi sürücüsü ilə turist arasında dialoq yaşanıb.

Milli.Az xəbər verir ki, Bakıda qeydə alındığı deyilən videoda xarici ölkə vətəndaşı olan xanım turist sürücü tərəfindən tanışlıq təklifi alıb.

Onların dil problemi üzündən ünsiyyət çətinliyi gülüş doğurub.

Bu anları isə gənc qız özü çəkib yayıb. O, "dostluq" təklifini gülüşlə qarşılasa da, sosial şəbəkə izləyiciləri sürücünün hərəkətini tənqid atəşinə tutublar.

Qeyd edək ki, taksi sürücüsünün Türkiyə vətəndaşı olması ehtimal olunur.

Musa
Milli.Az